Qara Qarayev: "Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik"

Qara Qarayev: "Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik" "Azarkeşlərdən daha çox dəstək gözləyəcəyik. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".
Futbol
16 Avqust , 2022 12:04
Qara Qarayev: Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik
Qara Qarayev

"Azarkeşlərdən daha çox dəstək gözləyəcəyik. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın Qara Qarayev Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi tarixi nəticəni təkrarlamaq istədiklərini bildirib: "İşimizin nə qədər ciddi olduğunu dərk edirik. Evdə oynayacağıq. Fanatların etimadını doğrultmağa çalışacağıq. Rəqib pley-offadək irəliləyibsə, xüsusi diqqət edilməli nöqtələri var. 90 dəqiqə üstün oyun sərgiləmək niyyətindəyik".

Qarayev havaların isti keçməsinə toxunub: "Bizim üçün də Bakının bürküsü çətinlik yaradır. Doğma meydan amili bu çətinlikdən çıxmağımıza kömək olur. Polşa, Macarıstanda hava daha sərin idi. Bu mənada burada oynamaq onlara daha çətin olur"

Təcrübəli oyunçu komanda daxilində həyəcanın olmadığını söyləyib: "İşimizə peşəkar yanaşmağa çalışırıq. Ötən qələbədən sonra azarkeşlərin sevinməsi normaldır. Biz eyforiyaya qapılmırıq, sevinməyə də vaxtımız yoxdur. Sabahkı matçın mahiyyətini dərk edirik. Bu bizə həyəcan yox, məsuliyyət verir. Təmsil etdiyimiz ad var, bunun məsuliyyəti ilə meydana çıxacağıq. Futbolçuların əksəriyyəti Çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi".

Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Bu matçdan əvvəl Çempionlar Liqasının himni səsləndiriləcək.

Son xəbərlər

Orphus sistemi