Qara Qarayev: "Sabahkı oyun çox vacibdir"

Qara Qarayev: "Sabahkı oyun çox vacibdir" Poltava. 7 noyabr. REPORT.AZ/ Sabah bizi çətin oyun gözləyir. Uğur qazanmaq üçün maneəmiz yaxşı keçib. Matça ciddi hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Bu, bizdən güc tələb edir. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirə bilsək, istəyimizə nail olarıq.
Futbol
7 Noyabr , 2018 21:49
Qara Qarayev: Sabahkı oyun çox vacibdir

Poltava. 7 noyabr. REPORT.AZ/ "Sabah bizi çətin oyun gözləyir. Uğur qazanmaq üçün maneəmiz yaxşı keçib. Matça ciddi hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Bu, bizdən güc tələb edir. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirə bilsək, istəyimizə nail olarıq".

"Report" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Poltavada Ukrayna "Vorskla"sı ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib. 

26 yaşlı yarımmüdafiəçi bildirib ki, istər millidə, istərsə də klublarda sıx qrafiklərinin olması onların işidir: "Bunu tez-tez dilə gətirmək bizə daha çox yorucu olur. Sabahkı oyun həqiqətən də çox vacibdir. Bakıda da rəqibə ciddi müqavimət göstərdik. Düşünürəm ki, sabah fiziki və mental cəhətdən daha güclü "Qarabağ" görəcəksiniz".

Son xəbərlər

Orphus sistemi