Qara Qarayev: "Makkabi" ilə oyunda xal qazanmağa çalışacağıq"

Qara Qarayev: "Makkabi" ilə oyunda xal qazanmağa çalışacağıq" "Güclü komandaya qarşı oynayacağıq. "Makkabi" yaxşı müdafiə olunmaqla yanaşı, qol vurmağı da bacarır. Çox diqqətli olmalıyıq".
Futbol
387
2 Dekabr , 2020 16:47
Qara Qarayev: Makkabi ilə oyunda xal qazanmağa çalışacağıq
Qara Qarayev

"Güclü komandaya qarşı oynayacağıq. "Makkabi" yaxşı müdafiə olunmaqla yanaşı, qol vurmağı da bacarır. Çox diqqətli olmalıyıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı matçdan əvvəl mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi oyuna itkilərlə çıxacaqlarını bildirib: "Son zamanlarda heyətlə bağlı problemlərimiz var. Bununla belə, azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Son ev oyunumuzda xal qazanmağa çalışacağıq".

Təcrübəli oyunçu son vaxtlar meydana müdafiəçi kimi çıxmasına da toxunub: "Sonuncu müdafiəçi kimi oynamaq vərdişlə bağlıdır. Uzun müddətdir bu mövqedə oynamasam da, orta xətlə oxşarlığı var. Mənim üçün çətindir. Son vaxtlar heyətdəki problemlərə görə bu addım atılıb. Fərqi hiss etdirməməyə çalışacağam".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi