Qapıçı və azarkeşlər arasında insident - VİDEO

Qapıçı və azarkeşlər arasında insident - VİDEO Futbol üzrə Şimali İrlandiya Kubokunda Uorrenpoint və Ballimina komandaları arasında keçirilmiş 1/8 final matçında azarkeşlərin iştirakı ilə insident baş verib.
Futbol
4 Fevral , 2020 17:03
Qapıçı və azarkeşlər arasında insident - VİDEO

Futbol üzrə Şimali İrlandiya Kubokunda "Uorrenpoint" və "Ballimina" komandaları arasında keçirilmiş 1/8 final matçında azarkeşlərin iştirakı ilə insident baş verib.

"Report"un məlumatına görə, qonaqlar qələbə topunu vurduqdan bir neçə dəqiqə sonra qapı arxasındakı tribunada çaxnaşma yaşanıb.

Bu zaman "Uorrenpoint"in qapıçısı rəqib fanatlar olan sektora tərəf qaçaraq onlarla dalaşmağa başlayıb. Münaqişə vaxtı o, reklam lövhəsinə ilişərək yerə yıxılıb. Hadisə yerinə matçın digər iştirakçıları və stüardlar özlərini çatdırıb və bununla da insident aradan qaldırılıb.

Qeyd edək ki, "Ballimina" matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

Son xəbərlər

Orphus sistemi