Qapıçı komandasını pis vəziyyətdə qoydu - VİDEO

Qapıçı komandasını pis vəziyyətdə qoydu - VİDEO Uruqvayın 23 yaşadək futbolçulardan ibarət millisinin qapıçısı İqnasio De Arruabarrena Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin önəmli matçında komandasını çətin vəziyyətdə qoyub.
Futbol
244
7 Fevral , 2020 12:11
Qapıçı komandasını pis vəziyyətdə qoydu - VİDEO

Uruqvayın 23 yaşadək futbolçulardan ibarət millisinin qapıçısı İqnasio De Arruabarrena "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin önəmli matçında komandasını çətin vəziyyətdə qoyub.

"Report"un məlumatına görə, bu, Braziliya ilə qarşılaşma zamanı baş verib. Fasiləyə az qalmış Uruqvay 1:0 hesabı ilə öndə olduğu vax rəqib hücuma keçib. Sol cinahdan verilən asmadan sonra oyunçu başla zərbə endirib. De Arruabarrena topa reaksiya verib və tutmağa müvəffəq olub. Lakin sonradan o, qəribə əl hərəkəti ilə topu içəri itələyib. Nəticədə "futbol mərmisi" xətti keçib.

Bununla da görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə, Argentina 6 xalla olimpiadaya vəsiqə qazanıb. Braziliyanın 2, Uruqvayın 1 xalı var. Hər iki komanda "Tokio 2020"yə lisenziya şanslarını qoruyur.

Son xəbərlər

Orphus sistemi