Qalmaqallı futbolçu enerji içkisinə öz ləqəbini verdi

Qalmaqallı futbolçu enerji içkisinə öz ləqəbini verdi Keçmiş forvard "Fenomeno" ləqəbini futbolçu karyerası ərzində qazanıb
Futbol
135
22 Aprel , 2021 17:14
Qalmaqallı futbolçu enerji içkisinə öz ləqəbini verdi

Rumıniya millisinin və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Adrian Mutu öz enerji içkisini istehsala buraxıb.

"Report"un məlumatına görə, bu barədə veteran hücumçu şəxsi instaqram səhifəsində paylaşım edib.

"Fenomeno" adlanan içki qabının üzərində Mutunun yığmanın formasında şəkli təsvir olunub. Keçmiş forvard "Fenomeno" ləqəbini futbolçu karyerası ərzində qazanıb.

Qeyd edək ki, Adrian Mutu 2004-cü ildə "Çelsi"də oynayarkən kokaindən istifadə etdiyi üçün futboldan kənarlaşdırılıb. Həmin hadisədən sonra London klubu onunla müqaviləni pozub. 2010-cu ildə dopinq testi müsbət çıxan futbolçu ikinci dəfə diskvalifikasiya olunub. İtaliyada "İnter", "Yuventus" və "Fiorentina" kimi komandaların da formasını geyinmiş Mutu 2016-cı ildə karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi