“Qalatasaray” “Yuventus”un futbolçusunu heyətinə qatıb

“Qalatasaray” “Yuventus”un futbolçusunu heyətinə qatıb İstanbul təmsilçisi Kvadvo Asamoa üçün turinlilərə 4,7 milyon avro ödəyəcək
Futbol
31 Avqust , 2017 15:20
“Qalatasaray” “Yuventus”un futbolçusunu heyətinə qatıb

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyənin “Qalatasaray” klubu İtaliya “Yuventus”unun futbolçusu Kvadvo Asamoanı heyətinə qatıb.

“Report” “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı qanalı sol cinah müdafiəçisinin keçidi üçün turinlilərə 4,7 milyon avro ödəyəcək.

Afrikalı futbolçunun bu gün İstanbula gələcəyi və tibbi baxışdan keçdikdən sonra 4 illik müqaviləyə imza atacağı bildirilir. Onun "Qalatasaray"dan illik 2,5 milyon avro alacağı da vurğulanıb.

Qeyd edək ki, K.Asamoa 2012-ci ildə “Udineze”dən “Yuventus”a keçib. O, Turin komandasının heyətində 97 oyuna çıxıb və 4 qol vurub.

Son xəbərlər

Orphus sistemi