"Qalatasaray" Yunanıstan millisinin hücumçusunu heyətinə qatıb

"Qalatasaray" Yunanıstan millisinin hücumçusunu heyətinə qatıb Bakı. 31 yanvar. REPORT.AZ/ Türkiyənin Qalatasaray klubu Yunanıstan milli komandasının futbolçusu Konstantinos Mitroqlunu heyətinə qatıb.
Futbol
31 Yanvar , 2019 12:16
Qalatasaray Yunanıstan millisinin hücumçusunu heyətinə qatıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu Yunanıstan milli komandasının futbolçusu Konstantinos Mitroqlunu heyətinə qatıb.

"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu artıq İstanbula gəlib. "Sarı-qırmızılar" təcrübəli forvardla 1.5 illik razılıq əldə edib. Yunan oyunçu yaxın vaxtlarda yeni klubu ilə müqavilə imzalayacaq.

"Sarı-qırmızılar"ın rəsmi saytı isə təcrübəli forvardla danışıqlara başlanıldığını yazıb. 

"Qalatasaray" daha öncə 20 qolla Türkiyə Super Liqasının bombardiri olan "Kasımpaşa"nın hücumçusu Mbaye Diane ilə də rəsmi danışıqlara başladığını bildirib.  

Qeyd edək ki, Konstantinos Mitroqlu son olaraq Fransanın "Marsel" komandasında çıxış edib. 

Son xəbərlər

Orphus sistemi