"Qalatasaray" yaponiyalı müdafiəçi ilə 2 illik müqavilə bağlayıb

"Qalatasaray" yaponiyalı müdafiəçi ilə 2 illik müqavilə bağlayıb Bakı. 30 iyun. REPORT.AZ/ Yaponiya millisinin və İtaliya İnterinin futbolçusu Türkiyənin Qalatasaray klubuna transfer olunub.
Futbol
30 İyun , 2018 16:31
Qalatasaray yaponiyalı müdafiəçi ilə 2 illik müqavilə bağlayıb

Bakı. 30 iyun. REPORT.AZ/ Yaponiya millisinin və İtaliya "İnter"inin futbolçusu Türkiyənin "Qalatasaray" klubuna transfer olunub.

"Report"un "İnter"in "neradzurri"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı müdafiəçi "sarı-qırmızılar"a birdəfəlik satılıb. İstanbul təmsilçisi qışda icarəyə götürdüyü sol cinah oyunçusuna 2,5 milyon avro qarşılığında tam sahib olub. 2 illik müqaviləyə imza atan futbolçunun özünə hər mövsüm üçün 2 milyon avro ödəniləcək.

Qeyd edək ki, Yuto Naqatomo hazırda Yaponiya millisinin heyətində dünya çempionatında iştirak edir. O, ötən mövsüm "Qalatasaray"ın heyətində 15 oyuna çıxıb. 

Son xəbərlər

Orphus sistemi