"Qalatasaray" və "Fənərbağça" Yarmolenko ilə maraqlanır

"Qalatasaray" və "Fənərbağça" Yarmolenko ilə maraqlanır Ukrayna milli komandasının və İngiltərənin "Vest Hem" klubunun futbolçusu Andrey Yarmolenko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Futbol
5 İyul , 2021 18:31
Qalatasaray və Fənərbağça Yarmolenko ilə maraqlanır
Andrey Yarmolenko

Ukrayna milli komandasının və İngiltərənin "Vest Hem" klubunun futbolçusu Andrey Yarmolenko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

"Report"un "Haber365"ə istinadən məlumatına görə, 32 yaşlı hücumçunun xidmətlərində "Qalatasaray" və "Fənərbağça" maraqlıdır. "Sarı-qırmızılar" təcrübəli forvarda ildə 2,5 milyon avro, "sarı-lacivərdlilər" isə 3 milyon avro ödəməyə hazırdır. Oyunçunun "Vest Hem"i tərk etmək istədiyi bildirilir.

Qeyd edək ki, Andrey Yarmolenko karyerasına Ukrayna "Desna"sında başlayıb. Bundan sonra 11 il Kiyev "Dinamo"sunda çıxış etmiş hücumçu 2017-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) komandasına keçib. O, "Vest Hem"də 2018-ci ildən forma geyinir. Ukrayna millisinə 2009-cu ildən dəvət alan Yarmolenko AVRO-2020-də 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Son xəbərlər

Orphus sistemi