"Qalatasaray" "Qarabağ"ın Avropa Liqasında məğlub etdiyi komandadan futbolçu alır

"Qalatasaray" "Qarabağ"ın Avropa Liqasında məğlub etdiyi komandadan futbolçu alır "Sarı-qırmızılar" Saloniki təmsilçisinə 3,5 milyon avro ödəyəcək
Futbol
7 Yanvar , 2017 13:32
Qalatasaray Qarabağın Avropa Liqasında məğlub etdiyi komandadan futbolçu alır

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu ilk qış transferini həyata keçirməyə hazırlaşır. "Report"un Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu məqsədlə PAOK-a Qarri Rodriges üçün təklif göndərilib.

27 yaşlı yarımmüdafiəçinin keçidi baş tutsa, "sarı-qırmızılar" Saloniki təmsilçisinə 3,5 milyon avro ödəyəcək. Artıq hollandiyalı oyunçu PAOK-un yanvarın 8-də "Yannina" ilə keçirəcəyi oyunun iştirak ərizəsinə daxil edilməyib. Onun əvəzinə Yunanıstan komandasına Vyeyrinyanın qaytarılacağı bildirilir.

Qeyd edək ki, Qarri Rodriges əvvəllər Bolqarıstanın "Levski" və İspaniyanın "Elçe" klublarında çıxış edib. O, PAOK-un heyətində Avropa Liqasının qrup mərhələsi qarşılaşmalarında "Qarabağ"a qarşı çıxış edib. Azərbaycan təmsilçisi həm ev (2:0), həm də səfər (1:0) matçlarında qalib gəlib. Lakin qrupdan 1/16 finala vəsiqəni İtaliya "Fiorentina"sı ilə birgə PAOK da qazanıb. 

Son xəbərlər

Orphus sistemi