"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın "AZ Alkmaar" klubunun yarımmüdafiəçisi Fredrik Midtşyönü heyətinə qatıb.
Norveç millisinin də formasını geyinən 29 yaşlı oyunçu "Cim-Bom"la müavilə imzalamaq üçün bu gün axşam saatlarına İstanbula gələcək.
Qeyd edək ki, Fredrik Midtşyö ötən mövsüm Niderland Erediviziyasında 29 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.