"Qalatasaray" afrikalı yarımmüdafiəçi aldı

"Qalatasaray" afrikalı yarımmüdafiəçi aldı "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ı Portuqaliyanın "Sportinq" klubunun futbolçusu İdrissa Dumbiyanı transfer edib.
Futbol
14 Sentyabr , 2020 17:58
Qalatasaray afrikalı yarımmüdafiəçi aldı

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ı Portuqaliyanın "Sportinq" klubunun futbolçusu İdrissa Dumbiyanı transfer edib.

"Report" Belçikanın "Footnews" nəşrinə istinadən xəbər verir ki, İstanbul nəhəngi həm Lissabon təmsilçisi, həm də kot d ivuarlı yarımmüdafiəçinin özü ilə anlaşıb.

Almaniyanın "Borussiya" (Mönhenqladbax), "Verder" klublarından, həmçinin Belçika təmsilçiləri "Anderlext" və "Brügge"dən gələn təklifləri rədd edən 22 yaşlı oyunçu sonda "Qalatasaray"ı seçib. Dumbiya cari mövsümü icarə əsasında "sarı-qırmızılılar"ın heyətində keçirəcək.

Qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də "Neftçi"nin qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi