"Qalatasaray" Musa ilə anlaşdı

"Qalatasaray" Musa ilə anlaşdı Nigeriya milli komandasının futbolçusu Əhməd Musa Türkiyənin "Qalatasaray" klubu ilə anlaşıb.
Futbol
5 Dekabr , 2020 00:20
Qalatasaray Musa ilə anlaşdı

Nigeriya milli komandasının futbolçusu Əhməd Musa Türkiyənin "Qalatasaray" klubu ilə anlaşıb.

"Report"un "Fanatik"ə istinadən məlumatına görə, tərəflər müqavilə şərtləri və bonus məbləğində razılaşıblar. Yalnız rəzmi imzanın atılması qalıb.

28 yaşlı hücumçu "sarı-qırmızı" komandaya azad agent qismində keçəcək. Rusiya MOİK-indəki çıxışları ilə məşhur olan forvard oktyabrın sonlarında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə sözləşməsini pozub. Onun üçüncü dəfə Moskva komandasına qayıdacağı bildirilirdi.

Qeyd edək ki, Əhməd Musa MOİK-in formasını 2012 - 2016-cı illərdə və icarə əsasında 2018-ci ildə geyinib. Aralıq müddətdə isə o, İngiltərə "Lester"ində çıxış edib. Musa "hərbçilər"in heyətində 3 dəfə Rusiya çempionu, hərəyə 2 dəfə ölkə kuboku və Super Kubokunun sahibi olub.

Son xəbərlər

Orphus sistemi