"Qalatasaray" mövsümü 1 xalla açıb

"Qalatasaray" mövsümü 1 xalla açıb Türkiyə Superliqasının son çempionu "Qalatasaray" 2023-2024 mövsümünün ilk həftəsində "Kayserispor"la qolsuz heç-heçə edib.
Futbol
13 Avqust , 2023 02:13
Qalatasaray mövsümü 1 xalla açıb

Türkiyə Super Liqasının son çempionu "Qalatasaray" 2023/2024 mövsümünə heç-heçə ilə start verib.

"Report" xəbər verir ki, İstanbul nəhəngi səfərdə “Kayserispor”un müqavimətini qıra bilməyib.

Qarşılaşma qolsuz başa çatıb.

Bu nəticədən sonra hər iki komanda mövsümə hərəyə 1 xalla başlayıb.

Super Liqanın ikinci həftəsində “Qalatasaray” öz meydanında “Trabzonspor”la görüşəcək. “Kayserispor” isə “İstanbulspor”un qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi