"Qalatasaray" liderlə bacarmadı - VİDEO

"Qalatasaray" liderlə bacarmadı - VİDEO Futbol üzrə Türkiyə Super Liqasında XXIX turun mərkəzi görüşü Başakşehir və Qalatasaray komandaları arasında keçirilib.
Futbol
28 iyun 2020 21:13
Qalatasaray liderlə bacarmadı - VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında XXIX turun mərkəzi görüşü "Başakşehir" və "Qalatasaray" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, İstanbuldakı "Fatih Terim" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1. 

Hesabı 51-ci dəqiqədə meydan sahiblərindən Daniel Aleksiç açıb. 67-ci dəqiqədə isə Emre Akbaba "sarı-qırmızılar"ı məğlubiyyətdən xilas edib. 85-ci dəqiqədə "Başakşehir"dən Edin Vişça ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Lakin "Qalatasaray" qalan dəqiqələrdə say üstünlüyündən yararlana bilməyib. 

Bu nəticədən sonra "Başakşehir" 60 xalla liderliyini davam etdirib. Qələbə həsrəti 5 oyuna çatan "Qalatasaray" isə 52 xalla 4-cü pillədədir. Sona 5 tur qalmış "Trabzonspor" 58 xalla 2-ci, "Sivasspor" 53 xalla 3-cüdür. "Beşiktaş" 50 xalla 5-ci, "Fənərbağça" isə 46 xalla 6-cı pillədə qərarlaşıb.   

Son xəbərlər

Orphus sistemi