"Qalatasaray" klubu portuqaliyalı futbolçunun transfer qiymətini açıqlayıb

"Qalatasaray" klubu portuqaliyalı futbolçunun transfer qiymətini açıqlayıb Futbolçunun hazırkı müqaviləsi 1.5 ildən sonra başa çatır
Futbol
8 Noyabr , 2016 13:05
Qalatasaray klubu portuqaliyalı futbolçunun transfer qiymətini açıqlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu futbolçusu Brumanın sərbəst buraxılma dəyərini açıqlayıb. 

"Report"un məlumatına görə, 22 yaşlı futbolçunu transfer etmək istəyən klub 40 milyon avrosundan keçməlidir.

İstanbul təmsilçisi 2018-ci ilin yayında başa çatacaq müqaviləni artırmaq niyyətindədir. Artıq rəhbərlik yığma komandaların oyunları səbəbindən yaranan fasilədə portuqaliyalı futbolçunun menecerləri ilə görüşəcək.

Yeni müqavilə imzalanacağı təqdirdə maaşı 2 dəfə artacaq.

Qeyd edək ki, Bruma 2013-cü ildə Portuqaliyanın "Sportinq" klubundan "Qalatasaray"a transfer olub. O, icarə əsasında Türkiyənin "Qaziantepspor" və İspaniyanın "Real Sosyedad" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi