"Qalatasaray" İtaliya klublarına Türkiyədə məğlub olmayıb

"Qalatasaray" İtaliya klublarına Türkiyədə məğlub olmayıb Türkiyənin "Qalatasaray" komandası avrokubokların qrup mərhələsində İtaliya klublarına doğma meydanda məğlub olmayıb.
Futbol
17 Sentyabr , 2021 12:58
Qalatasaray İtaliya klublarına Türkiyədə məğlub olmayıb

Türkiyənin "Qalatasaray" komandası avrokubokların qrup mərhələsində İtaliya klublarına doğma meydanda məğlub olmayıb.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi son olaraq Avropa Liqasının qrup mərhələsinin I turunda "Latsio"nu minimal hesabla üstələyib - 1:0.

"Sarı-qırmızılar" italiyalı rəqiblərinə qarşı Türkiyədə keçirdikləri 9 oyunun 6-da qələbə qazanıb, 3-də isə heç-heçə edib. "Qalatasaray" bu ölkə təmsilçiləri ilə keçirdiyi 25 avrokubok qarşılaşmasının 8-də qələbə qazanıb, eyni sayda məğlubiyyətlə üzləşib, 9-dəfə isə meydanı bərabərliklə tərk edib. 31 qola imza atan "sarı-qırmızılar" qapısında 37 qol görüb.

Bundan əlavə, İstanbul klubu 2018-ci ilin sentyabrından sonra avrokubokların qrup mərhələsində qələbə qazanıb. "Qalatasaray" son olaraq 2018/2019 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Rusiyanın "Lokomotiv" komandasını 3:0 hesabı ilə üstələyib.

"Qalatasaray"ın İtaliya klublarına qarşı evdəki oyunları

"Qalatasaray" 3-2 "Roma"

"Qalatasaray" 1-1 "Parma"

"Qalatasaray" 1-1 "Yuventus"

"Qalatasaray" 3-2 "Milan"

"Qalatasaray" 2-1 "Bolonya"

"Qalatasaray" 2-0 "Milan"

"Qalatasaray" 1-0 "Latsio"

"Qalatasaray" 1-1 "Roma"

"Qalatasaray" 2-0 "Yuventus"

"Qalatasaray" 1-0 "Yuventus"

"Qalatasaray" 1-1 "Latsio"

Son xəbərlər

Orphus sistemi