"Qalatasaray"ın zədəli futbolçusunun durumuna aydınlıq gəldi

"Qalatasaray"ın zədəli futbolçusunun durumuna aydınlıq gəldi "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ının futbolçusu Mbaye Dianyenin zədəsi ciddi deyil.
Futbol
806
8 Sentyabr , 2020 23:41
Qalatasarayın zədəli futbolçusunun durumuna aydınlıq gəldi

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ının futbolçusu Mbaye Dianyenin zədəsi ciddi deyil.

"Report"un məlumatına görə, bu barədə seneqallı hücumçu sosial media hesabından paylaşım edib.

Dünən qasıq nahiyyəsindən zədə alan 29 yaşlı forvard özünü yaxşı hiss etdiyini yazıb. O, sentyabrın 12-də Tükiyə Superliqasının 2020/2021 mövsümünün ilk turunda "Qaziantepspor"a qarşı oynaya biləcəyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi