"Qalatasaray"ın yeni transferi "Neftçi"yə qarşı oynamayacaq

"Qalatasaray"ın yeni transferi "Neftçi"yə qarşı oynamayacaq Türkiyənin "Qalatasaray" klubunun yeni transferi Oqenekaro Etebo Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə matçda iştirak etməyəcək.
Futbol
488
12 Sentyabr , 2020 10:50
Qalatasarayın yeni transferi Neftçiyə qarşı oynamayacaq

Türkiyənin "Qalatasaray" klubunun yeni transferi Oqenekaro Etebo Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə matçda iştirak etməyəcək. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin fiziki hazırlığı qaydasında deyil. Nigeriyalı oyunçu Superliqanın ilk turunda bu gün "Qaziantep"lə matçda da meydanda olmayacaq. 

Etebo hazırda xüsusi proqrama uyğun məşqlər edir. Afrikalı futbolçu ilə yanaşı Emre Akbaba zədə səbəbindən "Neftçi" ilə qarşılaşmanı buraxacaq. 

Qeyd edək ki, "Qalatasaray" Oqenekaro Etebonu İngiltərənin "Stok Siti" klubundan transfer edib. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.  

Son xəbərlər

Orphus sistemi