“Qalatasaray”ın yeni prezidenti Fatih Terimin istefasını qəbul etməyib

“Qalatasaray”ın yeni prezidenti Fatih Terimin istefasını qəbul etməyib Bu barədə İstanbul klubunun yeni prezidenti Mustafa Cengiz bildirib
Futbol
115
22 Yanvar , 2018 17:24
“Qalatasaray”ın yeni prezidenti Fatih Terimin istefasını qəbul etməyib

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim istefa verib.

“Report”un məlumatına görə, bu barədə “TRT Spor”a İstanbul klubunun yeni prezidenti Mustafa Cengiz bildirib. O deyib ki, təcrübəli mütəxəssisin istefası qəbul olunmayıb.

“Fatih Terim mənə hörmət əlamti olaraq istefa təklifi ilə çıxış etdi. Amma qəbul etmədim. Terimin adını ilk olaraq mən dilimə gətirdim. Baş məşqçimiz ilə davam edəcəyik”, - deyə M.Cengiz vurğulayıb.

Qeyd edək ki, Fatih Terim ötən il dekabrın 22-də 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunub. Həmin vaxt klub prezidenti son seçkidə uduzan Dursun Özbek idi. 

Son xəbərlər

Orphus sistemi