"Qalatasaray"ın yeni baş məşqçisinin adı rəsmən açıqlanıb

"Qalatasaray"ın yeni baş məşqçisinin adı rəsmən açıqlanıb İstanbul klubu xorvatiyalı İqor Tudorla 1.5 illik müqaviləyə imza atıb
Futbol
15 Fevral , 2017 18:45
Qalatasarayın yeni baş məşqçisinin adı rəsmən açıqlanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. 

"Report"un klubun istinadən verdiyi məlumata görə, İstanbul klubu xorvatiyalı İqor Tudorla 1.5 illik müqaviləyə imza atıb.

39 yaşlı mütəxəssis bu müddət ərzində "Qalatasaray"da 1.4 mln. avro qazanacaq.

Eyni zamanda, İ.Tüdora “Qalatasaray” UEFA Çempionlar Liqasına birbaşa vəsiqə qazanacağı təqdirdə əlavə 200 min avro, UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxacağı halda 100 min avro mükafat ödəyəcək.

Həmçinin, “Qalatasaray” 2017-2018 futbol mövsümündə Türkiyə Kubokunu qazanacağı təqdirdə baş məşqçiyə 50 min avro verəcək.

Bundan əlavə, "Galatasaray" İ.Tudorun baş məşqçisi olduğu "Kardemir Karabükspor" klubuna 150 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Qalatasaray" hollandiyalı Yan Olde Rikerinklə yollarını ayırıb. Cari çempionatda 3-cü yerdə gedən komanda lider "Beşiktaş"dan 5 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi