"Qalatasaray"ın sabiq hücumçusu 44 yaşında karyerasını bərpa etdi

"Qalatasaray"ın sabiq hücumçusu 44 yaşında karyerasını bərpa etdi Türkiyə millisinin və "Qalatasaray"ın sabiq oyunçusu Ümit Karan yenidən futbol qayıdıb.
Futbol
1371
3 Sentyabr , 2020 01:18
Qalatasarayın sabiq hücumçusu 44 yaşında karyerasını bərpa etdi
Ümit Karan

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq oyunçusu Ümit Karan yenidən futbola qayıdıb.

"Report" "Sabah" nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı veteran hücumçu həvəskarlar liqasında çıxış edən "Vefaspor"la anlaşıb.

O, yeni komandasında oynayan məşqçi olacaq. 

2001-2009-cu illərdə "Qalatasaray"ın formasını geyinmiş Ü.Karan məşqçilik karyerası ərzində "Malatyaspor" və "Şkupi" (Şimali Makedoniya) klublarında işləyib.

Qeyd edək ki, "Qalatasaray" "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibidir. Bu komandalar arasında oyun sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi