"Qalatasaray"ın sabiq futbolçusu azarkeşlərin hücumuna məruz qalıb

"Qalatasaray"ın sabiq futbolçusu azarkeşlərin hücumuna məruz qalıb İsveçrəli yarımmüdafiəçi fanatlara imza payladığı vaxt fiziki təzyiqlə üzləşib
Futbol
6 Aprel , 2018 14:38
Qalatasarayın sabiq futbolçusu azarkeşlərin hücumuna məruz qalıb

Bakı. 6 aprel. REPORT.AZ/ Hazırda İtaliyanın "Bolonya" klubunda çıxış edən Türkiyə "Qalatasaray"ının sabiq futbolçusu Blerim Cemayli azarkeşlərin hücumuna məruz qalıb.

"Report"un məlumatına görə, isveçrəli yarımmüdafiəçi məşqdən çıxankən fanatlara imza payladığı vaxt fiziki təzyiqlə üzləşib.

Fanatlarla görüşü dayandırmaq istəyən və əsəbiləşərək avtomobilinə yaxışlaşan 32 yaşlı oyunçu ilə bu zaman 3 nəfər mübahisə edib. Həmin vaxt azarkeşlərdən biri Cemayliyə yumruq atıb. Heç bir xəsarət almayan futbolçu daha sonra avtomobilinə minərək yoluna davam edib. Klub rəhbərliyi polis çağırsa da, həmin şəxslər hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, Blerim Cemayli Türkiyənin "Qalatasaray" klubunda 2014 - 2016-cı illərdə forma geyinib. 

Son xəbərlər

Orphus sistemi