"Qalatasaray"ın sabiq baş məşqçisi İtaliya komandasına rəhbərlik edəcək

"Qalatasaray"ın sabiq baş məşqçisi İtaliya komandasına rəhbərlik edəcək Bakı. 7 dekabr. REPORT.AZ/ İtaliyanın Cenoa futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
7 Dekabr , 2018 15:26
Qalatasarayın sabiq baş məşqçisi İtaliya komandasına rəhbərlik edəcək
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ İtaliyanın "Cenoa" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. 

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Genuya təmsilçisi Çezare Prandelliyə tapşırılıb. 61 yaşlı mütəxəssis bu postda İvan Yuriçi əvəzləyib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. 

Qeyd edək ki, "Cenoa" İtaliya A Seriyasında 14 turdan sonra 15 xalla 14-cü pillədə qərarlaşıb. Ç.Prandelli vaxtı ilə İtaliya yığmasının və Türkiyənin "Qalatasray" komandasının baş məşqçisi olub. O, son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" klubunda çalışıb. 

Son xəbərlər

Orphus sistemi