"Qalatasaray"ın oyunu ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

"Qalatasaray"ın oyunu ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib Fransada "Marsel" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək UEFA Avropa Liqasının qrup oyunu öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.
Futbol
28 sentyabr 2021 16:40
Qalatasarayın oyunu ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Fransada "Marsel" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək UEFA Avropa Liqasının qrup oyunu öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" "Fanatik"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları iki komandanın azarkeşləri arasında baş verə biləcək qarşıdurmadan narahatdır. Son vaxtlar Fransada futbol matçları zamanı fanatlar arasında tez-tez insident yaşanır.

Bu məqsədlə polislər qarşılaşmanın oynanılacağı "Velodrom" stadionu və ətrafında, həmçinin şəhərin mərkəzində gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Marsel" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi