"Qalatasaray"ın məşqində futbolçular arasında gərginlik olub

"Qalatasaray"ın məşqində futbolçular arasında gərginlik olub Türkiyənin "Qalatasaray" komandasının Avstriyanın Qrats şəhərindəki son məşqi zamanı futbolçular arasında gərginlik yaşanıb.
Futbol
12 iyul 2022 14:04
Qalatasarayın məşqində futbolçular arasında gərginlik olub

Türkiyənin "Qalatasaray" komandasının Avstriyanın Qrats şəhərindəki son məşqi zamanı futbolçular arasında gərginlik yaşanıb.

"Report"un məlumatına görə, hazırlıq prosesinin jurnalistlər üçün açıq olan bölümündə Kerem Aktürkoğlu ilə Patrik van Anholt münaqişəyə girib. Ötürmələrlə məşq vaxtı Anholtun topa müdaxiləsindən sonra Aktürkoğlu yerə yıxılıb. Nəticədə iki futbolçu əvvəlcə söz savaşına çıxıb, daha sonra bir-birilərinin üzərinə yeriyib.

Digər oyunçular araya girərək, onları sakitləşdiriblər və gərginliyin böyüməsinin qarşısını alıblar.

Qeyd edək ki, Kerem Aktürkoğlu ötən mövsümün "Giresunspor"la açılış oyununda hazırda İspaniya "Sevilya"sında çıxış edən keçmiş komanda yoldaşı Markao ilə münaqişəyə girib. Braziliyalı oyunçu ona yumruq vurub, referi isə "sambaçı"nı meydandan qovub.

Son xəbərlər

Orphus sistemi