Türkiyəni 2022/2023 mövsümündən avrokuboklarda təmsil edəcək komandaların sayı azalıb.
"Report"un məlumatına görə, buna "Qalatasaray"ın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub.
İstanbulda İspaniya "Barselona"sına 1:2 hesablı məğlubiyyət ölkənin UEFA reytinqindəki mövqeyinə mənfi təsir edib. 27.100 xalla 19-cu pilləyə geriləyən Türkiyə ilk "15-lik"dən kənarda qaldığından, yeni mövsümdə avrokuboklara 5 deyil, 4 komanda göndərəcək.
Bu klublardan biri Çempionlar Liqasında, digərləri isə Konfrans Liqasında çıxış edəcək. Bu isə o deməkdir ki, Türkiyə də Azərbaycan kimi Avropa Liqasında təmsil olunmayacaq.