"Qalatasaray"ın keçmiş məşqçisinin meyiti tapılıb

"Qalatasaray"ın keçmiş məşqçisinin meyiti tapılıb Klub onu işdən çıxardıqdan sonra depressiyada olub
Futbol
25 Mart , 2016 15:32
Qalatasarayın keçmiş məşqçisinin meyiti tapılıb

Bakı. 25 mart . REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun 21 yaşadək futbolçulardan ibarət komandasının sabiq məşqçisi Zafer Koç ölü halda tapılıb. "Report"un məlumatına görə, 2 uşaq atası olan Z.Koç ötən gün evini tərk edib.

Həyat yoldaşı dəfələrlə zəng etsə də, o, telefonunu açmayıb. Bu gün səhər isə sabiq məşqçinin meyiti bir mənzildən aşkarlanıb. Ölünün üzərində zərbə və ya yara izinə rast gəlinməyib. Ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə onun cənazəsi tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, "Qalatasaray" klubu 51 yaşlı Zafer Koçu 2 ay öncə işdən çıxarıb. Həmin vaxtdan o, depressiyada olub. Z.Koç klubun aşağı yaş qrupları üzrə komandasında Arda Turan, Aydın Yılmaz, Mehmet Güven, Uğur Açar və Fərhat Öztorun kimi futbolçulara məşqçilik edib.

Son xəbərlər

Orphus sistemi