"Qalatasaray"ın keçmiş futbolçusu İngiltərədə saxlanılıb

"Qalatasaray"ın keçmiş futbolçusu İngiltərədə saxlanılıb O, evləri yandırmaqda və hədə-qorxu gəlməkdə ittiham olunur
Futbol
9 İyul , 2018 14:37
Qalatasarayın keçmiş futbolçusu İngiltərədə saxlanılıb
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Emmanuel Ebue İngiltərədə saxlanılıb. 

"Report"un "The Mirror"a istinadən verdiyi məlumata görə, kot divuarlı keçmiş müdafiəçi evləri yandırmaqda və hədə-qorxu gəlməkdə ittiham olunur. Onun müxtəlif şəxslərə hədə-qorxu məzmunlu məktublar göndərməkdə əlinin olduğu güman edilir. 

Yaxınları Ebuenin psixi sağlamlığından ehtiyatlanırlar. O, hazırda maddi sıxıntılarla üz-üzədir. 

Qeyd edək ki, Emmanuel Ebue əvvəllər Belçikanın "Beveren", İngiltərənin "Arsenal" və "Sanderlend" klublarında da forma geyinib. O, "Qalatasaray"da 2011 - 2015-ci illərdə çıxış edib. 2017-ci ilin sentyabrında Ebuedən HİV virusu aşkarlanıb.  

Son xəbərlər

Orphus sistemi