"Qalatasaray"ın hücumçusuna qarşı istintaq işi açılıb

"Qalatasaray"ın hücumçusuna qarşı istintaq işi açılıb Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmmədə istintaq işi açılıb.
Futbol
25 Yanvar , 2022 16:27
Qalatasarayın hücumçusuna qarşı istintaq işi açılıb

Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmmədə istintaq işi açılıb.

"Report"un "NTV Spor"a istinadən məlumatına görə, buna 25 yaşlı hücumçunun imtahana öz yerinə dostunu göndərməsi səbəb olub.

Hazırda Afrika Millətlər Kubokunun oyunları üçün yığmanın düşərgəsində olan forvardla bağlı Misirə qayıtdıqdan sonra tədbir görüləcək.

Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus olan Mustafa Məhəmməd ötən ildən "Qalatasaray"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi