"Qalatasaray"ın hücumçusu üçün mövsüm bitdi

"Qalatasaray"ın hücumçusu üçün mövsüm bitdi Mustafa Məhəmmədin durumuna aydınlıq gəlib
Futbol
10 May , 2021 17:48
Qalatasarayın hücumçusu üçün mövsüm bitdi

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmmədin durumuna aydınlıq gəlib.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, Superliqanın XXXX turunun "Beşiktaş"la matçında (3:1) zədələnən misirli hücumçu üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Ayaq biləyində problem aşkarlanan 24 yaşlı forvard son iki turun oyunlarında meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Mustafa Məhəmməd bu mövsüm 14 oyunda 6 qol vurub.

Son xəbərlər

Orphus sistemi