"Qalatasaray"ın hücumçusu 4 ilədək həbs oluna bilər

"Qalatasaray"ın hücumçusu 4 ilədək həbs oluna bilər Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmməd azadlıqdan məhrum edilə bilər
Futbol
28 Yanvar , 2022 13:56
Qalatasarayın hücumçusu 4 ilədək həbs oluna bilər
Mustafa Məhəmməd

Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmməd azadlıqdan məhrum edilə bilər.

"Report"un "NTV Spor"a istinadən məlumatına görə, imtahana öz yerinə dostunu göndərməkdə ittiham olunan 25 yaşlı hücumçunun günahı sübuta yetirilsə, onu 4 ilədək həbs cəzası gözləyir.

Forvardın istintaqdan yayınmaq üçün Afrika Millətlər Kubokunun keçirildiyi Kamerundan ölkəsinə deyil, birbaşa Türkiyəyə qayıdacağı bildirilib.

Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus Mustafa Məhəmməd ötən ildən "Qalatasaray"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi