"Qalatasaray"ın futbolçusu İtaliya klubu ilə razılıq əldə edib

"Qalatasaray"ın futbolçusu İtaliya klubu ilə razılıq əldə edib Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin Qalatasaray klubunun futbolçusu Koray Günter İtaliyanın Cenoa komandası ilə razılıq əldə edib.
Futbol
18 May , 2018 18:23
Qalatasarayın futbolçusu İtaliya klubu ilə razılıq əldə edib

Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Koray Günter İtaliyanın "Cenoa" komandası ilə razılıq əldə edib.

"Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 24 yaşlı müdafiəçi İtaliya klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Koray Günter 2014-cü ildə Almaniyanın "Borussiya" (Dortmund) klubundan transfer olunub. O, bu müddət ərzində 50 matçda iştirak edib. 

Son xəbərlər

Orphus sistemi