Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mbaye Diaqne heyətdən kənarlaşdırılıb.
"Report" İstanbul təmsilçisinin rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı hücumçunun ailə üzvlərindən birində koronavirus testinin müsbət çıxmasıdır. Klub tədbir məqsədi ilə bu addımı atıb.
Diaqne Türkiyə Super Liqasının XV turunda "Trabzonspor"la matçı buraxmalı olacaq.
Qeyd edək ki, dekabrın 26-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.