"Qalatasaray" Fernando Muslera ilə müqaviləni uzatdı

"Qalatasaray" Fernando Muslera ilə müqaviləni uzatdı 35 yaşlı qolkiper daha üç il İstanbul təmsilçisinin formasını geyinəcək
Futbol
16 Mart , 2021 16:01
Qalatasaray Fernando Muslera ilə müqaviləni uzatdı
Fernando Muslera

Türkiyənin “Qalatasaray” klubu kapitanı Fernando Muslera ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, anlaşmaya əsasən, 35 yaşlı qapıçı daha üç il İstanbul təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. O, Superliqa təmsilçisinə İtaliyanın "Latsio" klubundan keçib. Uruqvay millisinin üzvü 5 dəfə Türkiyə çempionu olub.

Son xəbərlər

Orphus sistemi