"Qalatasaray" Fernando Muslera ilə müqaviləni pozur

"Qalatasaray" Fernando Muslera ilə müqaviləni pozur Türkiyə "Qalatasaray"ı qapıçısı və kapitanı Fernando Muslera ilə yollarını ayırır.
Futbol
1 yanvar 2022 11:36
Qalatasaray Fernando Muslera ilə müqaviləni pozur

Türkiyə "Qalatasaray"ı qapıçısı və kapitanı Fernando Muslera ilə yollarını ayırır.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, buna səbəb uruqvaylı qolkiperin tez-tez zədələnməsidir.

Klub rəhbərliyi cari mövsümü vaxtından əvvəl başa vurmuş 36 yaşlı oyunçu ilə müqaviləni pozmağa qərar verib.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. Onun İstanbul təmsilçisi ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi