UEFA Avropa Liqasının 1/8 final mərhələsində İspaniya "Barselona"sı keçəcəyi təqdirdə, Türkiyənin "Qalatasaray" komandasına yüksək mükafat vəd olunub.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Burak Elmas bu məqsədlə 650 min avro ayırıb. Elmas oyundan öncə futbolçularla görüşərək, komandaya uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün "NEF Stadionu"nda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Kataloniyadakı ilk matçda qapılara qol vurulmayıb.