"Qalatasaray" "Beşiktaş"la oyunun təxirə salınmasını istəyir

"Qalatasaray" "Beşiktaş"la oyunun təxirə salınmasını istəyir "Qalatasaray" klubu "Beşiktaş"a qarşı Türkiyə Super Liqasının XXIX tur oyununun təxirə salınması üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib
Futbol
11 Mart , 2022 12:37
Qalatasaray Beşiktaşla oyunun təxirə salınmasını istəyir

"Qalatasaray" klubu "Beşiktaş"a qarşı Türkiyə Super Liqasının XXIX tur oyununun təxirə salınması üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

"Report" "Fanatik"ə istinadən xəbər verir ki, TFF "sarı-qırmızılar"a qarşı tərəfin də razılığının alınmasının vacibliyini bildirib.

"Qara qartallar"ın görüşü ertələmə qərarına müsbət baxmadığı vurğulayıb.

Qeyd edək ki, "Qalatasaray" ötən gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyada "Barselona" ilə qolsuz heç-heçə edib. Komanda bu gün Bakı vaxtı ilə saat 16:30-da Türkiyəyə qayıdacaq. Təyyarənin İstanbuldakı əlverişsiz hava şəraiti ilə əlaqədar Antalya və ya İzmir şəhərlərindən birinə enəcəyi gözlənilir. Martın 14-də oynanılacaq "Qalatasaray" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi