"Qalatasaray" "Başakşehir"lə matça 7 itki ilə çıxacaq

"Qalatasaray" "Başakşehir"lə matça 7 itki ilə çıxacaq Qalatasaray Türkiyə Super Liqasında XXIX turun Başakşehirlə matçına ciddi itkilərlə çıxacaq.
Futbol
149
25 İyun , 2020 16:31
Qalatasaray Başakşehirlə matça 7 itki ilə çıxacaq

"Qalatasaray" Türkiyə Super Liqasında XXIX turun "Başakşehir"lə matçına ciddi itkilərlə çıxacaq. 

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim 7 futbolçunun xidmətindən yararlana bilməyəcək. 

Mövsümü başa vuran Fernando Muslera ilə yanaşı, Radamel Falkao, Florin Andone və Markao zədəlidir. Mariano, Adem Büyük və Ahmet Çalık isə cəzalı olduqları üçün görüşdə iştirak etməyəcək. 

Qeyd edək ki, iyunun 28-də keçiriləcək "Başakşehir" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi