"Qalatasaray" baş məşqçisi ilə vidalaşır

"Qalatasaray" baş məşqçisi ilə vidalaşır Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda baş məşqçisi Domenek Torrenlə yollarını ayıracaq
Futbol
1024
28 Mart , 2022 11:43
Qalatasaray baş məşqçisi ilə vidalaşır
Domenek Torren

Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda baş məşqçisi Domenek Torrenlə yollarını ayıracaq.

"Report" "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin mayda seçiləcək yeni prezidenti və İdarə Heyəti 60 yaşlı mütəxəssislə yola davam etməyəcək.

İspaniyalı baş məşqçi istefanı qəbul etməsə, ona 1,5 milyon avro təzminat ödəniləcək və ya qarşılıqlı razılıq əsasında yollar ayrılacaq.

Qeyd edək ki, "Qalatasaray"ın hazırkı prezidenti Burak Elmas Konqresdə İdarə Heyətindən müsbət rəy almayıb və "sarı-qırmızılar"da prezident seçkisinin keçirilməsi qərara alınıb. Elmasın əsasnaməyə görə, namizəd ola bilməyəcəyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi