"Qalatasaray" 33 milyon avro itirib

"Qalatasaray" 33 milyon avro itirib Türkiyənin "Qalatasaray" klubu cari mövsüm tribunalardan əldə etdiyi gəlirlərə görə 33 milyon avro itirib
Futbol
11 Fevral , 2021 14:56
Qalatasaray 33 milyon avro itirib

Türkiyənin "Qalatasaray" klubunun cari mövsüm tribunalardan itkisi 33 milyon avro olub.

"Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin I vitse-prezidenti Abdurrahim Albayrak açıqlama verib.

Klub rəsmisi bunun önəmli məbləğ olduğunu söyləyib.

O, uruqvaylı qapıçıları Fernando Musleranın klubdakı taleyi ilə bağlı danışıb: "Muslera klubumuzun simvoludur. "Qalatasaray"lıdır və bizimlə qalmağa davam edəcək. Sözləşməsi bitən digər futbolçularla da danışıqlarımızı davam etdiririk".

Abdurrahim Albayrak Radamel Falkaonun da komandada qalacağını və onun üçün kluba təklif gəlmədiyini vurğulayıb.

Qeyd edək ki, hazırda Türkiyədə futbol matçları azarkeşsiz keçirilir.

Son xəbərlər

Orphus sistemi