Qadın komandası olmayan klublar Çempionlar Liqasına buraxılmayacaq

Qadın komandası olmayan klublar Çempionlar Liqasına buraxılmayacaq Qadın komandaları olmayan futbol klubları 2023/2024 mövsümündən UEFA Çempionlar Liqasına buraxılmayacaq.
Futbol
228
15 Mart , 2022 16:14
Qadın komandası olmayan klublar Çempionlar Liqasına buraxılmayacaq

Qadın komandaları olmayan futbol klubları 2023/2024 mövsümündən UEFA Çempionlar Liqasına buraxılmayacaq.

"Report"un məlumatına görə, bu barədə Türkiyənin "Bitexen Adana İdmanyurduspor" klubunun prezidenti Metin Taylancı yerli mətbuata açıqlama verib.

Funksioner bildirib ki, Avropa futbol qurumu artıq bu istiqamətdə işlərə start verib: "Ona görə də Türkiyədə 8 önəmli klubun qadın komandası yaradıldı. UEFA yeni qadağanı 2023/2024 mövsümündən tətbiq edəcək. Bu, qadın futbolunun inkişafı üçün önəmli addımdır".

Qeyd edək ki, Azərbaycanda "Qarabağ", "Zirə" və "Səbail"in qadın komandası yoxdur.

Son xəbərlər

Orphus sistemi