Qadın futbolçular arasında amansız dava

Qadın futbolçular arasında amansız dava Moldovanın qadın komandaları arasında keçirilən mövsümöncəsi turnirdə dava düşüb.
Futbol
1208
24 Avqust , 2020 16:36
Qadın futbolçular arasında amansız dava

Moldovanın qadın komandaları arasında keçirilən mövsümöncəsi turnirdə dava düşüb.

"Report" "Moldfootball.com" saytına istinadən xəbər verir ki, hadisə "Çoburçi" və "Maksimum" klublarının yarımfinal matçında baş verib.

K-1 döyüşünü xatırladan davada əvvəlcə oyunçulardan biri başı ilə digərinin sifətinə vurub. Daha sonra həmin oyunçunun özü qarnından diz zərbəsi alıb. Ardınca isə o, rəqibinin sifətinə yumruqla güclü zərbə endirib.

Dalaşanları hakim və oyunun digər iştirakçıları çətinliklə ayırıblar. Nəticədə hər iki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.

"Report" həmin davanın görüntülərini təqdim edir:

Son xəbərlər

Orphus sistemi