Qadın futbolçu kişilərdən ibarət komandaya keçdi

Qadın futbolçu kişilərdən ibarət komandaya keçdi Yaponiyalı qadın futbolçu Yuki Naqasato Kanaqava prefekturasının çempionatında çıxış edən "Hayabusa Eleven" komandası ilə müqavilə bağlayıb.
Futbol
11 Sentyabr , 2020 11:53
Qadın futbolçu kişilərdən ibarət komandaya keçdi
Yuki Naqasato

Yaponiyalı qadın futbolçu Yuki Naqasato Kanaqava prefekturasının çempionatında çıxış edən "Hayabusa Eleven" komandası ilə müqavilə bağlayıb. 

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu kişilərlə birgə çıxış edəcək ilk yaponiyalı qadın kimi tarixə düşüb. O, ABŞ-ın "Çikaqo Red Stars" klubundan icarəyə götürülüb. 

Naqasato Amerika komandasında 2017-ci ildən forma geyinir. O, ABŞ çempionatında ümumilikdə 52 qol vurub. Təcrübəli forvard Yaponiya millisinin heyətində 2011-ci il dünya çempionatında qızıl, 2015-ci il mundialında və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. 

Qeyd edək ki, Niderlandın dördüncü divizionunda mübarizə aparan "Foarut" komandası avqustda 19 yaşlı qadın futbolçu Ellen Fokkemi heyətinə qatıb. Bu eksperimentin futbolda gender bərabərliyinin inkişafına dəstək məqsədi daşıdığı bildirilib. 

Son xəbərlər

Orphus sistemi