Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Neftçi”nin II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 3-ə enib.
"Report"un məlumatına görə, bunlar Rusiyanın “Dinamo” (Moskva), Türkiyənin “Qalatasaray” və Qazaxıstanın “Kayrat” klublarıdır.
Qeyd edək ki, bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.