Niderlandın PSV futbol klubu İngiltərə “Liverpul”unun 22 yaşlı mərkəz müdafiəçisi Sepp van den Berqin transferin imtina edib.
“Report”
Nəşr bildirib ki, “Liverpul” rəhbərliyi heyətdəki mübhəm duruma görə gənc futbolçu haqqında qərar verməyə tələsmir.
Niderland nəşri müdafiəçinin Almaniyanın “Maynts 05”, “Ştutqart”, “Hoffenhaym”, “Volfsburq” və hətta “Bayer 04”ün müşahidəsi altında olduğunu iddia edib.
Xatırladaq ki, 2019-cu ildə Mersisayd komandasına keçən Sepp van den Berq 2021-ci ildən cari ilin yaz sonunadək ardıcıl olaraq “Preston Nort End” (İngiltərə), “Şalke 04”, “Maynts 05”də (hər ikisi Almaniya) icarə əsasında çıxış edib. “Qırmızılar”ın heyətində isə cəmi dörd rəsmi oyunda iştirak edib ki, bu da 2019/2020 mövsümünün yerli kubok oyunlarına təsadüf edib.