PSV 12-ci dəfə Niderlandın Superkubokunu qazanıb

PSV 12-ci dəfə Niderlandın Superkubokunu qazanıb PSV komandası Niderlandın Superkuboku uğrunda matçda “Ayaks”la qarşılaşıb.
Futbol
8 Avqust , 2021 02:50
PSV 12-ci dəfə Niderlandın Superkubokunu qazanıb

PSV komandası Niderlandın Superkuboku uğrunda matçda “Ayaks”la qarşılaşıb.

“Report” xəbər verir ki, oyun “Yohan Kruiff Arena” stadionunda keçirilib və Eyndhoven komandasının böyük hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 2-ci dəqiqədə açılıb - hücumçu Çukvunonso Madueke PSV azarkeşlərini sevindirib. Matçın 29-cu dəqiqəsində Madueke dubl edib. Birinci hissənin sonunda “Ayaks”ın müdafiəçisi Nikolas Talyafiko kobud oyununa görə qırmızı vərəqə alaraq oyundan qovulub.

Matçın 76-cı dəqiqəsində Yorbe Vertessen hesabı 3:0-a çatdırıb. Lakin bu qol da son olmayıb – 89-cu dəqiqədə Mario Qotse PSV-nin dördüncü qolunu vurub.

Bununla da PSV 12-ci dəfə ölkə Superkubokunu qazanıb. Qeyd edək ki, "Ayaks" doqquz dəfə qalib olub.

Son xəbərlər

Orphus sistemi