PSJ Zidanı baş məşqçi postuna gətirməyə hazır olduğunu təsdiqləyib

PSJ Zidanı baş məşqçi postuna gətirməyə hazır olduğunu təsdiqləyib Fransanın PSJ klubunun rəsmiləri İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidanla yeni görüş keçiriblər.
Futbol
18 Yanvar , 2022 16:52
PSJ Zidanı baş məşqçi postuna gətirməyə hazır olduğunu təsdiqləyib
Zinəddin Zidan

Fransanın PSJ klubunun rəsmiləri İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidanla yeni görüş keçiriblər.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis yayda Maurisio Poçettinonu əvəzləməli olduğu barədə təsdiq mesajı alıb.

Poçettino mövsümün sonunda Paris təmsilçisini tərk etməyə və İngiltərə "Mançester Yunayted"inin sükanı arxasına keçməyə hazırdır.

Qeyd edək ki, 2016 - 2018 və 2019 - 2021-ci illərdə "kral klubu"na rəhbərlik etmiş Zinəddin Zidan hazırda işsizdir. PSJ-nin baş məşqçisi Maurisio Poçettinonun müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi