PSJ yeni baş məşqçi ilə müqavilə bağladı

PSJ yeni baş məşqçi ilə müqavilə bağladı Paris klubu hələ hazırkı baş məşqçisi Tomas Tuxeli istefaya göndərdiyini rəsmən açıqlamayıb. 47 yaşlı almaniyalı mütəxəssis müqaviləsinə xitam verildikdən sonra 7 milyon avro təzminat alacaq
Futbol
28 Dekabr , 2020 11:07
PSJ yeni baş məşqçi ilə müqavilə bağladı
Maurisio Poçettino

Fransanın PSJ klubu yeni baş məşqçisi Maurisio Poçettino ilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Fabritsio Romano tvitterdə yazıb. O, 48 yaşlı mütəxəssisin sözləşməsinin detallarını açıqlamayıb.

Paris klubu hələ hazırkı baş məşqçisi Tomas Tuxeli istefaya göndərdiyini rəsmən açıqlamayıb. 47 yaşlı almaniyalı mütəxəssis müqaviləsinə xitam verildikdən sonra 7 milyon avro təzminat alacaq.

Qeyd edək ki, Tomas Tuxel 2018-ci ildən PSJ-yə rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi